2022-ci il Azərbaycan dövlət büdcəsində neftin qiyməti 50 dollar səviyyəsində müəyyən edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar/barel səviyyəsində müəyyən edilmişdi.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.
Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.