Gələn ilin büdcəsinin 15 faizi müdafiə və təhlükəsizlik xərclərinə yönəldiləcək – Samir Şərifov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin 15 faizlik hissəsi müdafiə və təhlükəsizlik xərclərinə yönəldiləcək.

AzerTimes-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, növbəti il müdafiə və təhlükəsizlik xərcləri üçün 4.490 milyard manat vəsait nəzərdə tutulur. Onun sözlərinə görə, gələn il hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün 35 milyon manatın ayrılması nəzərdə tutulur.

Teqlər: