Gələn ilin büdcəsində nələr nəzərdə tutulur?

Gələn ilin büdcəsində nələr nəzərdə tutulur?

Gələn ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaq.

AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki yekun nitqində bildirib.

“Hesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq – əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram. Elektrik enerjisinin idxalçısı idik, indi ixrac edirik və ixrac yollarını genişləndiririk. Avtomobil yolları, dəmir yolları, hava limanları, içməli su layihələri, yəni böyük layihələr icra edildi. Əlbəttə ki, növbəti mərhələdə sosialyönümlü infrastruktur layihələri mütləq icra edilməlidir. Biz bu dəfə də xüsusilə məktəb tikintisinə əlavə vəsait nəzərdə tutduq. Hələ ki, əfsuslar olsun, yararsız vəziyyətdə olan məktəblər var. Biz onları təsbit eləmişik və sosial infrastrukturla yanaşı, yenə də deyirəm, real sektora xidmət göstərən infrastruktur layihələrinə xüsusilə baxmaq lazımdır”, – Prezident vurğulayıb.

Teqlər: