Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq

Gələn aydan Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi
açılacaq.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
bildirilib.

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet
satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə
alınaraq, avtobusların hərəkət cədvəlində müəyyən dəyişiklik
edilib.

Bakı–Ağdam-Bakı istiqamətində əlavə reysin açılması qərara
alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı – Ağdam – Bakı
istiqamətində bazar günləri də səfər edə biləcəklər.

Teqlər: