Rusiyanın gələcəkdə elm, süni intellekt, genetika sahəsində nailiyyətlərə əsaslanan daha çox texnoloji iqtisadiyyata sahib olmasını, təhlükəsizlik və müdafiə sahəsində özünü təmin etməsini istəyirəm.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselyova müsahibəsində deyib.
“Rusiya bu gün yaşlı nəslin nümayəndələrinin sayəsində kifayət qədər güclü dövlətçiliyə və iqtisadiyyata malikdir. Ruslar da onların öz xidmətlərini unutmamalıdır. Amma gələcək uşaqlarındır və mən artıq analıq və uşaqlıq barəsində danışmışam. Bütün bunlar yalnız iqtisadiyyat əsasında həyata keçirilir. Mən gözləyirəm ki, bu, texnoloji cəhətdən daha inkişaf etmiş, daha müasir olacaq və elm, informasiya texnologiyaları, süni intellekt, robot texnikası, genetika və s. sahəsində müasir nailiyyətlərə əsaslanacaq”, – Putin bildirib.