Gədəbəydə ağır qəza: avtomobil aşdı

Gədəbəydə ağır qəza: avtomobil aşdı

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Axar-az-ın Report-a istinadən məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Əli Abbaslı, 1964-cü il təvəllüdlü İlqar Abdullayev və 1977-ci il təvəllüdlü Fəxrəddin Qələndərov xəsarət alıblar.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: