Gecə klubundakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb

Hazırda xəstəxanada gecə klubunda baş verən partlayışda xəsarət
alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində
müalicəsini davam etdirir.

AzerTimes xəbər verir ki, bu
barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə
məlumatında deyilir.

“Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti
kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti
stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə
mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu
barədə məlumatlandırır”, – açıqlamada bidirilir.

Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş
vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli
xəsarət alıb, 1 nəfər vəfat edib.

Teqlər: