Norveçin paytaxtı Osloda gecə klublarının birinə silahlı hücum edilib.
AzerTimes xəbər verir ki, silahlı insident zamanı 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Hadisəni törədən şəxs saxlanılıb. Hücumun səbəbi isə hələlik açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.