G7 ölkələrinin xarici işlər nazirləri Ukrayna ətrafındakı
vəziyyəti və Rusiyanın hərbi əməliyyatını müzakirə etmək üçün
fevralın 27-si görüş keçirəcəklər.
AzerTimes-ın məlumatına görə, bunu “NHK” telekanalına Yaponiyanın
xairici işlər naziri Yosimasa Hayasi deyib.
“Nazirlərin görüşü bu günə planlaşdırılıb”, – deyə XİN rəhbəri
bildirib.
Onun sözlərinə görə, G7 ölkələri ümumi dəyərləri bölüşürlər və
Ukrayna ətrafındakı vəziyyətlə bağlı yaxından koordinasiyada olmağa
davam etməlidirlər.
Y.Hayasi əlavə edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar,
o cümlədən Moskvanın “SWIFT”dən çıxarılması məsələsində Yaponiya öz
addımlarını ABŞ və Aİ ilə koordinasiya edəcək.