“G7” ölkələri Şimali Koreyanın ballistik raket buraxılışlarının davam etdirməsini pisləyib

Böyük Yeddilik (G7) ölkələrinin xarici işlər nazirləri Şimali
Koreyanın (KXDR) həyata keçirdiyi ballistik raketlərin buraxılışını
pisləyib.

Trend xəbər
verir ki, bu barədə şənbə günü G7-nin XİN başçılarının görüşünün
yekunu üzrə yayılan yekun kommünikedə deyilir.

“Biz Şimali Koreyanın 24 mart 2022-ci ildə həyata keçirilən də
daxil olmaqla davam edən ballistik raket sınaqlarını şiddətlə
qınayırıq. Bu Şimali Koreyanın nüvə və raket imkanlarını daha da
inkişaf etdirmək niyyətini bir daha təsdiqləyib”, – bəyanatda
deyilir.

G7-nin nazirləri Pxenyanı BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə uyğun olaraq nüvə proqramından, həmçinin “kütləvi
qırğın silahları və raket proqramları sahəsində istənilən
proqramlardan” tamamilə imtina etməyə çağırıb.