G7 liderləri Rusiyadan neft idxalını mərhələli şəkildə
dayandırmağa sadiqliklərini bildiriblər.
Trend “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat
xidməti məlumat yayıb.
“Bu gün G7 ölkələri Rusiyadan neft idxalını mərhələli şəkildə
dayandırmaq və ya hətta tamamilə qadağan etmək öhdəliyini ifadə
ediblər”, – bəyanatda deyilir.
Sənəddə həmçinin vurğulanır ki, bu ölkələr dünyada sabit enerji
təchizatını təmin etmək üçün birgə işləmək barədə razılığa
gəliblər, eyni zamanda, yanacaqdan asılılığı azaltmaq üçün səyləri
gücləndirirlər.