“GTA VI”nın çıxacağı tarix məlum oldu

“Rockstar Games” “Grand Theft Auto VI” oyununu təqdim etməyə və
mayın 13-də oyunun treylerini göstərməyə hazırlaşır.

Trend xəbər verir ki, bu barədə “GTA 6 NEWS & LEAKS” insayderi
məlumat yayıb.

İnsayder həmçinin investorlar üçün nəzərdə tutulmuş “Rockstar
Games” təqdimatının skrinşotunu da yerləşdirib.

Sözügedən skrinşotdan məlum olur ki, “GTA VI”nın anonsu ilə
çıxışı arasında iki il müddət olacaq – oyun 2024-cü ilin ikinci
yarısında çıxacaq.

Teqlər: