Şuşa. Trend:
Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun
Dövlətyarlı kəndində ikinci “ağıllı kənd”in layihələndirilməsi
gedir.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, burada da çox önəmli iş yerləri
yaradılacaq.
“Əslində, bu kəndin Zəngilanın Ağalı kəndindən daha böyük
olacağı gözlənilir. 1500-ə yaxın evdən ibarət bir kənddir. Layihə
başa çatdıqdan sonra onun icrası ilə bağlı müvafiq tender elan
olunacaq. Biz cəmiyyəti bu barədə vaxtlı-vaxtında
məlumatlandıracağıq”, – E.Hüseynov qeyd edib.