Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı TƏBİB gücləndirilmiş iş rejimində çalışır (FOTO)

Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı öz işinə
başlayıb.

TƏBİB-dən AzerTimes-a bildirilib ki, 65 ölkədən 400-dən çox diaspor
nümayəndəsi və 1000-dən çox qonağın iştirak etdiyi tədbirin
iştirakçılarını zərurət yarandıqda tibbi xidmətlərlə təmin etmək
üçün TƏBİB-in ərazi tibbi müəssisələri tədbir müddətində
gücləndirilmiş iş rejimində çalışacaq. Hazırda Şuşa Modul
Xəstəxanası 24 saat xidmət göstərməkdədir.

Eyni zamanda, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Yardım
birqadaları (16 briqada) tədbirin keçirildiyi məkana, qonaqların
yerləşdirildiyi mehmanxanalara və Füzuli Mərkəzi Xəstəxanasına cəlb
olunub.

Tədbir iştirakçılarından “COVlD-19” üzrə PZR test nümunələrinin
götürülməsi də TƏBİB tərəfindən təmin edilib.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar
Qurbanov tibbi xidmətlərin təşkili ilə bağlı vəziyyətlə yerində
tanış olmaq üçün Şuşada səfərdədir.

Teqlər: