Füzulidə traktor necə minaya düşüb?

Füzulidə traktor necə minaya düşüb?

Xəbər verdiyimiz kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: