Füzulidə silah-sursat aşkar edilib

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı
vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri
çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər
orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə
yetirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Füzuli
Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə
keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində
tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar
ediblər.

Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4
avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil
verilib.

Teqlər: