Füzulidə insan sümükləri aşkarlandı

Füzulidə insan sümükləri aşkarlandı

Füzulidə mina axtarışları zamanı insan sümükləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: