İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması
istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri
tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Bu barədə AzerTimes-a nazirlikdən bildirilib.
Qeyd edilib ki, gün ərzində FHN-in qüvvələri tərəfindən Füzuli
rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə
şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması
işləri həyata keçirilib.