Xəbər - Samir Əli – Trend:
Azərbaycanın işğal altındakı ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir.
AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, bunu Füzuli rayonunda minaların təmizlənməsi prosesinə rəhbərlik edən, Müdafiə Nazirliyinin mühəndis təminatı şöbəsinin rəisi, polkovnik Aydın Şıxəliyev deyib.
Onun sözlərinə görə, hazırda mühəndis qoşunlarının bölmələri tərəfindən mövcud yolların minalardan təmizlənməsi, mühəndis kəşfiyyatının aparılması, yeni yolların çəkilməsi, yollarda genişlənmə işlərinin icrası ilə bağlı tapşırıqlar yerinə yetirilir: “Əvvəlcə xəritə vasitəsilə ərazinin kəşfiyyatı aparılır, mövcud vəziyyət qiymətləndirilir və sonra tapşırıqların icrasına başlanılır”.
FOTO/VİDEO: Zaur Mustafayev