Füzuli minalardan belə təmizlənir (FOTO)

Füzuli. Trend:

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi işləri ilə tanışlıq məqsədilə media tur təşkil edilib.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri və qardaş Türkiyədən gələn mühəndis-istehkamçıları minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri aparır.

Media tur çərçivəsində jurnalistlər Füzulidə aparılan minatəmizləmə işləri ilə yaxından tanış olacaqlar.

Teqlər: