Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli kəndi
istiqamətində yerləşən mövqeləri fevralın 23-ü saat 10:05-də Rusiya
sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki
qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb
olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri
görülüb.