Füzuli barədə məqalə Vikipediyanın ana səhifəsində

Füzuli barədə məqalə Vikipediyanın ana səhifəsində

Azərbaycanın dahi şairi Məhəmməd Füzuli haqqında məqalə Vikipediyanın ingilis dili bölməsində ana səhifəyə çıxıb.

AzerTimes xəbər verir ki, bu barədə Vikipediya üzrə mütəxəssis Elnur Eltürk deyib.

“Noyabrın 13-də ingiliscə Vikipediyada yazılmış “Füzuli” məqaləsi həmin platformanın ana səhifəsində “Seçilmiş məqalə” kimi nümayiş olunub. Hazırda məqalə ana səhifədədir.

Məqalədə Azərbaycan şairinin həyatı, yaradıcılığı və mirası haqqında ətraflı məlumat verilib. Məqalə etibarlı istinadlarla zənginləşdirilib”, – Eltürk bildirib.

Teqlər: