Futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

AzerTimes xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla məğlub edib – 3:2.
Rusiya millisi yeddinci, Portuqaliya seçməsi isə üçüncü dəfə Avropa çempionatlarının finalına yüksəlib. Hər iki komanda 1 dəfə çempionluq sevinci yaşayıb. Belə ki, Rusiya millisi 1999-cu, Portuqaliya isə 2018-ci ildə Avropanın ən güclü komandası olub.

Final matçı oktyabrın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Teqlər: