Futboldan sonra azarkeşlər Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınacaq – BNA (FOTO)

Xəbər - Samir Əli -Trend:

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcən Uels-İsveçrə görüşündən sonra azarkeşlərin Bakı Olimpiya Stadionundan metronun “Q.Qarayev” stansiyası və S.Vurğun bağı istiqamətlərində daşınması ekspres xətlərlə yerinə yetiriləcək.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə, daşımalar Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından həyata keçiriləcək. Ekspres xətlər üzrə avtobuslar terminal ərazisində hazır vəziyyətə gətirilib.


Qeyd edək ki, oyundan əvvəl azarkeşlərin ekspres xətlərlə daşınması dəqiq və vaxtında icra edilib. Azarkeşlər təyin olunan məntəqələrdən stadiona hər hansı bir maneə olmadan rahat şəkildə çatdırılıb.

Teqlər: