Futbol üzrə İspaniya çempionatı: “Real” “Barselona”ya qalib gəldi

İspaniya futbol çempionatının 30-cu turunun oyununda “Real” Madrid “Barselona”ya 2:1 hesabı ilə qalib gəlib.

Trend TASS-a istinadən xəbər verir ki, görüş “Alfredo Di Stefano” stadionunda boş tribunalarla baş tutub.

“Real”dan qolları Karim Benzema (13-cü dəqiqə) və Toni Kroos (28), digər tərəfdən isə Oskar Minqes (60) vurublar.


“Real” 30 oyunda 66 xal toplayıb və İspaniya futbol çempionatının turnir cədvəlində liderdir. “Barcelona” 30 görüşdən sonra 65 xalla üçüncüdür.

Teqlər: