Futbol üzrə dünya çempionatı hər 2 ildən bir keçirilə bilər

Futbol üzrə Dünya Çempionatının iki ildən bir keçirilməsini nəzərdə tutan sistemə keçid Beynəlxalq Futbol Federasiyasının (FIFA) iqtisadi göstəricilərini yaxşılaşdırmağa imkan verəcək.

Trend xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino bildirib.

“Müstəqil ekspertlər bizə bildirdilər ki, Dünya Çempionatını iki ildən bir keçirilməsini nəzərdə tutan sistemə keçid ilk dörd illik dövr ərzində ümumi olaraq 4,4 milyard dollar əlavə gəlir gətirəcək. Bu vəsait 211 üzv-assosiasiya arasında bölüşdürüləcək”, – İnfatino deyib.


O əlavə edib ki, bu əlavə gəlirlər hər FİFA üzvü-assosiasiya üçün maliyyələşdirməni hazırkı 6 milyon dollar səviyyəsindən orta hesabla potensial olaraq 25 milyon dollara qədər artıracaq.

Teqlər: