Fulya Öztürk Xəzər TV-də çalışacaq

Fulya Öztürk Xəzər TV-də çalışacaq

Türkiyəli tanınmış jurnalist Fulya Öztürkün Xəzər TV-də çalışacağı ilə bağlı məlumatlar yayılıb.

AzerTimes Bizim.media-ya istinadən xəbər verir ki, saytımıza danışan Fulya Öztürk məlumatı təsdiqləyib.

O, bu günlərdə telekanalın rəhbəri Murad Dadaşovla görüşdüyünü və önəmli layihə üzərində çalışdıqlarını dilə gətirib:

Xəzər TV-də çalışmaq üçün təklif aldım və bunu müsbət dəyərləndirirəm. Çox fərqli və ortaq bir şey düşünürük. Xeyirlisi deyək. Qərarımız qətiləşərsə, sentyabrın 4-də Azərbaycana gəlib qayıdacağam”.

Fulya Öztürk təməlli Azərbaycana köçməsi məsələsinə isə belə münasibət bildirib:

Xəzər TV ilə əməkdaşlıq çərçivəsində çalışacağıq. Təməlli köç olmaz”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Fulya Öztürk bir həftə əvvəl də sözügedən məsələ ilə bağlı Bakıda olub.

Teqlər: