Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP funksioneri Fuad Qəhrəmanlının qızını zorlamaqda təqsirləndirilən Əsgər Ağazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Əsgər Ağazadənin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.
Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri ilə Əsgər Ağazadə saxlanılıb.