Fuad Oqtay: İrəvan Bakının tələblərinə cavab verməlidir!

Fuad Oqtay: İrəvan Bakının tələblərinə cavab verməlidir!

Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad olunması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün şərait yaranıb:

“Buna mane olmaq istəyən güclər lazımi cavabını alacaq”.

F.Oqtay bildirib ki, Türkiyə Azərbaycanın tarixi torpaqlarını azad etməsinin sevincini hər an yaşayır:

“Vətən müharibəsinin növbəti ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir, şəhidlərimizi rəhmətlə anıram”.

Teqlər: