Fuad Nəcəfli Asip Kaya ilə görüşdü

Fuad Nəcəfli Asip Kaya ilə görüşdü

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

AzerTimes xəbər verir ki, səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib.

Görüşdə ölkələr arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Naxçıvanın ikitərəfli münasibətlərdəki yeri və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Teqlər: