FTX: Duqinanın qatili ölkədən qaçdı

FTX: Duqinanın qatili ölkədən qaçdı

Jurnalist Darya Duqinanın qətlinin üstü açılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya FTX-sinin İctimai əlaqələr mərkəzi məlumat yayıb.

“Təxirəsalınmaz operativ-axtarış tədbirləri nəticəsində Federal Təhlükəsizlik Xidməti tərəfindən 1992-ci il təvəllüdlü rusiyalı jurnalist Duqina Daryanın qətlinin üstü açılıb. Terror aktı Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Qətlin birbaşa içraçısı və təşkilatçısı isə 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Vovk Natalya Pavlovnadır.

O, 23 iyul 2022-ci ildə 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylovna ilə birgə Rusiyaya gəlib. Qətl günü Vovk və Şaban Duqinanın fəxri qonaq qismində iştirak etdiyi festivalda olublar. Duqinanın “Prado” avtomobilinə idarə olunan bomba qoyduqdan sonra onlar avqustun 21-i Pskov vilayətindən Estoniyaya qaçıblar.

Duqinanın öldürülməsini təşkil etmək və onun həyat tərzi barədə məlumat almaq üçün Vovk qızı ilə Moskvada ölən şəxsin yaşadığı binada mənzil icarəyə götürmüşdür. Jurnalisti müşahidə etmək üçün cinayətkar “Mini Cooper” avtomobilindən istifadə edib”, – deyə FSB-dən bildirilib.

Teqlər: