Baş nazir Qırğızıstan NK-nın sədrinə başsağlığı verdi

Baş nazir Qırğızıstan NK-nın sədrinə başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğızıstan Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarova başsağlığı məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, Baş nazir qeyd edib ki, Rusiya Federasiyasının Ulyanovsk vilayətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsəsində Qırğızıstan vətəndaşlarının həlak olması və yaralanması xəbəri onu dərindən sarsıdıb.

Məktubda Qırğızıstan Nazirlər Kabinetinin sədrinə, həmçinin həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığı verilir.

Teqlər: