Fransız spikeri erməniləri niyə narazı saldı?

Fransız spikeri erməniləri niyə narazı saldı?

Paris öz tərəfindən edilən bir sıra təxribatlardan və Azərbaycan liderinin bəyanatından sonra artıq Bakı-İrəvan münasibətlərinin nizamlanmasında vasitəçi ola bilməz. Buna görə də vəziyyəti yumşaltmağa, Bakını sakitləşdirməyə çalışır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın tanınmış siyasi şərhçisi Aleksandr Razuvayev deyib.

“Ancaq Fransa uğur qazana bilməyəcək. Aydın məsələdir ki, Fransanın siyasəti heç bir şəkildə dəyişməyəcək və bu, Parisin açıq-aydın hiyləsidir. Ümumiyyətlə, Fransanın təxribat siyasəti ölkə parlamentinin aşağı palatasının spikerinin İrəvana səfərinin nümunəsindən, bəyanatlardan o tərəfə keçməyəcək. Sadəcə olaraq, Fransanın belə imkanları yoxdur, bunu əslində Milli Assambleyanın sədri özü də etiraf edib”, – o bildirib.

Qeyd edək ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive İrəvanda iki diqqətçəkən bəyanatla çıxış edib: Laçın yolunun bağlanması ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsindən danışarkən o, “problemin sülh vasitəsilə həlli yolları tükənməyib”, Qarabağın müstəqilliyinin tanınmasına gəlincə isə “Paris bunu beynəlxalq hüquq normaları əsasında etmir” deyib.

Ermənistan ekspertləri bu sözləri “Fransanın İrəvana xəyanəti” kimi təqdim etsələr də, bir çox ekspertin fikrincə, bu, hiylədir: Paris bu cür açıqlamalarla “bitərəf” görüntüsü yaratmağa çalışır.

Teqlər: