Fransanın Türkiyədəki müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Fransanın Türkiyədəki müvəqqəti işlər vəkili Xarici İşlər
Nazirliyinə çağırılıb.

Trend-in
məlumatına görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu
jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, fransalı rəsmi ötən gün Parisdəki Türkiyə baş
konsulluğuna hücumla əlaqədar çağırılıb.

“Biz Fransadan konkret addımlar gözləyirik. Hücum edən şəxslər
aşkar edilməli və cəzalandırılmalıdır”, – deyə M.Çavuşoğlu
bildirib.

Qeyd edək ki, ötən gün Türkiyənin Parisdəki Baş Konsulluğuna
şəxsiyyəti müəyyən edilməyən şəxslər tərəfindən fişəng tipli
partlayıcılarla hücum edilib. Hücum nəticəsində baş konsulluğun
binasının pəncərəsi sınıb və divarları zədələnib. Hücuma görə
məsuliyyəti PKK-ya bağlı birləşmələrin üzərinə götürdüyü
öyrənilib.