Fransanın “Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Bakıya gələcək

Fransanın Aİ “Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Bris
Rokföy Bakıya rəsmi səfər edəcək.

Trend bu barədə
Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Fransa bir müddət əvvəl Azərbaycan və
Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş telefon
danışığını, eləcə də sərhəd məsələləri ilə bağlı ikitərəfli
komissiyanın çağırılması və sülh müqaviləsi ilə bağlı danışıqları
davam etdirmək qərarını alqışlayır.

“Fransa bundan sonra da bu prosesə dəstək göstərəcək. Fransanın
Aİ “Şərq tərəfdaşlığı” məsələləri üzrə səfiri Bris Rokföy gələn
həftə Bakıya yola düşəcək və aprelin 11-də İrəvana səfərinin davamı
qismində danışıqlar prosesinin monitorinqini davam etdirəcək”, –
məlumatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: