Azərbaycanla Gürcüstan arasında ticari-iqtisadi əlaqələr ən yüksək səviyyədədir – İliya Darçiaşvili

Azərbaycana səfər etməyim mənim üçün böyük şərəfdir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili xarici işlər naziri
Ceyhun Bayramovla birgə brifinqdə deyib.

İ.Darçiaşvili bildirib ki, Azərbaycan və Gürcüstan arasında
əlaqələr tarixi bağlara əsaslanr.

O deyib ki, iki ölkə arasında strateji münasibətlər xalqların
mənafeyi naminə bundan sonra da inkişaf edəcək. “Ölkələrimiz
arasında iqtisadi, ticarət layihələri uğurla həyata keçirilir.
Azərbaycanla Gürcüstan arasında Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr həyata keçirilib. Bu
layihələr ölkələrimizin cəlbediciliyini artırır. Azərbaycanla
Gürcüstan arasında ticari-iqtisadi əlaqələr ən yüksək
səviyyədədir”, – deyə nazir əlavə edib.

Teqlər: