Fransanın Belarusdakı səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkənin ərazisini tərk edib.
AzerTimes-ın məlumatına görə, bu barədə Fransanın “RFI” radiostansiyası xəbər yayıb.
Fransalı diplomatlar səfirin ölkəni tərk etmədən öncə səfirliyin əməkdaşları ilə sağollaşdığını bildiriblər.
Qeyd edilir ki, səfirin oktyabrın 18-dək ölkənin ərazisini tərk etməsini Belarusun Xarici İşlər Nazirliyi tələb edib.