Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var

Əfqanıstanın Nəngərhar əyalətində yaşayış evinin damı çöküb.

AzerTimes-ın məlumatına görə, bu barədə yerli sakinlərə istinadən “Tolo News” telekanalı xəbər yayıb.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir.


Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.