Fransanın Polşadakı səfiri XİN-ə çağırılıb

Fransanın Polşadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN)
çağırılıb.

Trend-in
məlumatına görə, bunu Polşa XİN-in mətbuat katibi Lukaş Yasina
deyib.

O bildirib ki, səfirin izahat vermək üçün çağırılmasına səbəb
Fransa prezidentinin Polşanın baş naziri Mateuş Moravetski barədə
tənqidi fikirlər səsləndirməsi olub.

Qeyd olunur ki, E.Makron “Le Parisien” qəzetinə müsahibədə Polşa
baş nazirini “antisemit” adlandırıb və prezident seçkiləri
ərəfəsində Fransanın daxili işlərinə qarışmaqda ittiham edib.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu
aprelin 10-da keçiriləcək.