Fransanın cənub regionunda koronavirusa görə reanimasiyaların 99 faizi dolub

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransanın cənubundakı Provans-Alp-Mavi sahil regionunda koronavirusa yoluxma sayının kəskin artması ilə əlaqədar xəstəxanalarda reanimasiyaların 99 faizə yaxını dolub.

Trend-in məlumatına görə, bunu Fransanın ictimai səhiyyə sahəsində Ali Araşdırmalar Məktəbinin professoru Paskal Krepe deyib.

O bildirib ki, yoluxma halları ilə əlaqədar ümumilikdə Fransanın cənubunda vəziyyət kritikdir. Digər cənub regionu olan Overn-Rona-Alpda reanimasiyaların 80 faizi dolub.

Qeyd edək ki, bu günədək Fransada 9,1 milyondan çox şəxs koronavirusa yoluxub, 123 mindən çox şəxs ölüb.