Fransanın Baş naziri istefa verib

Fransanın Baş naziri Jan Kasteks istefa ərizəsini rəsmən Fransa
Prezidenti Emmanuel Makrona təqdim edib.

Trend yerli KİV-lərə istinadla xəbər verir ki, Emmanuel Makronun
istefa ərizəsini qəbul edib və bu axşam yeni hökumətin təqdim
olunacağı gözlənilir.

Fransa Prezidenti Emmanuel Makron tviter hesabında bununla bağlı
yazıb: “Jan Kasteksə, onun hökumətinə, bütün komandasına təşəkkür
edirəm. İki ilə yaxın müddətdə o, Fransanın xidmətində sədaqətlə
dayandı. Gəlin birlikdə görülən iş və əldə edilən nəticələrlə fəxr
edək”.