Fransadan qeyri-insani hərəkət: insanları qəsdən xilas etmədi…

Fransadan qeyri-insani hərəkət: insanları qəsdən xilas etmədi…

Fransanın xilasedici gəmi heyəti ötən ilin noyabrında La-Manş boğazında 27 nəfərin öldüyü miqrant qayığı faciəsi öncəsi yardım çağırışlarına heç bir reaksiya verməyib.

AzerTimes xəbər verir ki, bu barədə “Le Monde” qəzeti ekspert rəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, İngiltərə tərəfinin israrlı tələblərinə rəğmən Fransanın Gris-Nez Regional Müşahidə və Xilasetmə Mərkəzi (CROSS) batmaqda olan miqrant qayığının çox yaxınlığındakı fransız Flamant gəmisini yardıma göndərməyib.

Üstəlik, səs qeydlərində qayıqda olanların dəfələrlə CROSS-la əlaqə yaratdığı, miqrantların yardım üçün yalvardığı və ağladığı məlum olub.

Hesabata görə, CROSS cəmi 20 km uzaqlıqda batmaqda olan miqrant qayığından ərazi məlumlatları istəsə də yardım üçün gəmi göndərməyib.

Üstəlik, fransız gəmisinin o saatlarda hər hansı həyati əhəmiyyətlə məsələ ilə məşğul olmadığı da üzə çıxıb.

Bundan əlavə, o gecə ingilislərə məxsus xidməti gəmilərin müxtəlif qayıqlardakı 98 miqrantı xilas etdiyi bildirilib.

Teqlər: