Fransadan İrana xəbərdarlıq: Bir neçə həftə qaldı…

Fransadan İrana xəbərdarlıq: Bir neçə həftə qaldı…

İranın nüvə sazişinin bərpası üçün fürsət pəncərəsinin bağlanmasına cəmi bir neçə həftə qalıb.

AzerTimes xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna deputatlar qarşısında çıxışında deyib.

O, situasiyanın daha məqbul olmadığını bildirib və İranı daha öncə Doha danışıqlarında əldə edilən razılaşmalardan imtina etməkdə, gecikdirməkdə ittiham edib.

“İranın hələ də nəhayət qərar vermək imkanları var. Lakin zaman gedir. İran hazırki siyasi kursunu davam etdirsə, nüvə silahının yaradılmasının bir addımlığında olacağıq. Vaxt gedir, Tehran bunu başa düşməlidir”, – deyə nazir bildirib.

Teqlər: