Fransadakı Azərbaycan diaspor təşkilatları prezident Emmanuel
Makrona açıq məktubla müraciət edərək onu erməni hərbçilərinin
Xocalıda törətdikləri cinayətləri rəsmən tanımağa və onlara
siyasi-hüquqi qiymət verməyə çağırıblar.
AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Twitter”
hesabında məlumat yayıb.
Fransadakı 10 Azərbaycan assosiasiyasının imzaladığı müraciətdə
Xocalı faciəsi, “Xocalıya ədalət” beynəlxalq kampaniyası
çərçivəsində görülən işlər barədə ətraflı məlumat yer alıb.
Müraciətdə deyilir: “Ədalət zəfər çalmayana, insanlığa qarşı
törədilən bu cinayəti törədənlər ədalət önünə çıxarılıb cəzalarını
almayana qədər yaralarımız sağalmayacaq və ağrılar keçməyəcək”.
Müraciətin tam mətni ilə burada tanış olmaq olar.