Fransada Suriyaya kimyəvi silah komponentlərinin göndərməkdə şübhəli bilinən şəxs saxlanılıb

Fransa ədliyyəsi Suriyada kimyəvi silah istehsalı üçün komponentlər göndərməkdə şübhəli bilinən 60 yaşlı Suriya əsilli ölkə vətəndaşına ittihamlar irəli sürüb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Agence France-Presse (AFP)” agentliyi bildirib.

Məlumata əsasən, söhbət xaricdə yaşayan gəmiçilik şirkətlərindən birinin sahibindən gedir. Onun Fransanın cənubunda saxlanıldığı qeyd edilib. Parisdə həbs qətimkan tədbirin müddəti başa çatdıqdan sonra o, “insanlığa qarşı cinayətlər törətmək üçün sui-qəsd” və “müharibə cinayətlərində iştirakda” ittiham olunub.

Digər təfərrüatlar barədə məlumat verilməyib.