Fransanın Po şəhərinin prokurorluğu prezidentliyə namizəd Jan
Lassalla qarşı cinayət işi açıb.
Trend yerli
KİV-ə istinadla xəbər verir ki, buna səbəb siyasətçinin seçki
məntəqəsindən yayımladığı videoda tərəfdarlarını ikinci turda səs
verməməyə çağırması olub.
Müraciətində J. Lassal seçki kampaniyasının son 15 günü ərzində
boş bülletenlə səs verməyin kifayət olmadığını və buna görə də risk
edərək ölkədə yaranmış narahatedici vəziyyət haqqında bəyan
etdiyini vurğulayıb.
Fransada səsvermə qanunvericiliyi seçki məntəqələrində siyasi
bəyanatlar, debatlar və təşviqat aparmağı qadağan edir.
Respublikanın Konstitusiya Şurası hesab edib ki, Lassal səsvermənin
qərəzsizliyinə təsir göstərərək qadağanı pozub. Şura siyasətçinin
səs verdiyi Lourgyos Isher kommunasında qeydə alınan 90 səsin
hamısını ləğv edib.