Fransanın hazırkı prezidenti Emmanuel Makron və “Milli
Assambleyaya” partiyasından olan namizəd Marin Le Pen Fransa
prezident seçkilərinin birinci turunda liderlik edirlər.
AzerTimes-ın
məlumatına görə, bu barədə “BFMTV” televiziya kanalı xəbər
verib.
İlkin məlumatlara görə, E.Makron 28,5%, Marin Le Pen isə 24,2%
səs toplayıb.
“İtaətsiz Fransa” partiyasının lideri Jan-Lük Melanşon 0,2%, “Rekonkista” hərakatının qurucusu Erik Zemur – 7,1% qazanıb.
Paytaxt İl-de-Frans regionunun rəhbəri, “respublikaçılar”dan olan
namizədi Valeri Pekress – 5,1%, Paris meri, Sosialist Partiyasının
namizədi Ann İdalqo – 1,9% toplayıblar.