Fransada prezident seçkilərinin birinci turunda Le Pen 27,5 faiz səslə irəlidədir

“Milli Birlik” partiyasından olan namizəd Marin Le Pen səslərin
50 faizini hesabladıqdan sonra Fransa prezident seçkilərinin
birinci turunda irəlidədir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Fransa Daxili İşlər Nazirliyi
bildirib.

Səslərin yarısı hesablandıqdan sonra Marin Le Pen 27,53 faiz,
hazırkı prezident Emmanuel Makron isə 26,67 faiz səs toplayıb.