Fransada maska rejiminin ləğvi planlaşdırılmır

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransa hökuməti ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan maska rejimini iyunun sonunadək aradan qaldırmağı planlaşdırmır.

AzerTimes-ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə maskadan imtina yoluxma sayının yenidən artmasına və xəstəxanalarda yerlərin dolmasına gətirib çıxara bilər.

E.Makron əlavə edib ki, koronavirus yayılmaqda davam edir və əhalinin böyük əksəriyyəti peyvənd olunmayıb.

Qeyd edək ki, bu günədək Fransada koronavirusa yoluxanların sayı 5,9 milyon nəfəri keçib, 108 mindən çox xəstə vəfat edib.