Fransada mağazada partlayış olub, 7 ölü var (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Fransanın cənubundakı Sen-Loran-de-Salank şəhərində yaşayış
binasının birinci mərtəbəsində yerləşən mağöazada partlayış baş
verib.

AzerTimes-ın
məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub.
Ölənlərdən ikisi azyaşlıdır.

Bundan başqa, biri ağır olmaqla, dörd nəfər xəsarət alıb.
Partlayış baş verən binadan 25 nəfər təxliyə olunub.

Partlayışdan sonra başlayan yanğın binada 11 mənzilə ziyan
vurub.